Qadın hərbçilərimizi soyundurdular, başlarını daz qırxdılar
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukraynanın ombudsmanı Lyudmila Denisova Rusiya hərbçilərinin hərbi əsirlərə əzab vermələri ilə bağlı BMT Komissiyasına müraciət edib.
Rusiya əsirliyindən azad edilən 86 hərbçi arasında əsirlikdə işgəncə və pis rəftara məruz qalan qadınlar da var.
Metbuat.az milli.az-a istinadən xəbər verir ki, bunu Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova Telegram-da qeyd edib.
Onun sözlərinə görə, ukraynalı hərbçi qadınlar Belarus ərazisinə, daha sonra Bryanskdakı (RF) istintaq təcridxanasına aparılıb. Orada qadınlar işgəncələrə məruz qalıb və hədələnib.
“Qadın hərbçilər kişilərin gözü qarşısında lüt soyundurub çömbəlməyə vadar ediblər, başlarını daz qırxıblar. Sürəkli dindirmələr apararaq onları “sındırmağa” çalışıblar. Hərbi əsir qadınların bəziləri təbliğat xarakterli süjetlərin çəkilişlərində iştirak etməyə məcbur edilib, onlardan rus dilində danışmaq tələb olunub”, – ombudsman vurğulayıb.
Denisovanın dediyinə görə, Rusiya Federasiyasının hərbçilərinin bu cür hərəkətləri hərbi əsirlərlə rəftar haqqında Cenevrə Konvensiyasının hərbi əsirlərlə humanist rəftarı nəzərdə tutan 13-cü maddəsinin pozulmasıdır. Onlar həmişə zorakılıq və ya hədə-qorxu aktlarından, eləcə də təhqir və ictimai maraqdan qorunmalıdırlar.
Aprelin 1-də “Xalqın qulluqçusu” fraksiyasının sədri David Arakhamia bildirib ki, Rusiya ilə hərbi əsir mübadiləsi aparılıb: “Türkiyədə əldə olunan razılaşmalar sayəsində əsirlərin mübadiləsini uğurla həyata keçirmişik. Biz bunu bacardıq. 15-i qadın olmaqla 86 hərbçimiz geri qaytarılır”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.