Xəbərlər

Hərbi hissədə bir hərbçinin digərinə zor tətbiq etməsi görüntüləri ARAŞDIRILIR

BEY.AZ informasiya agentliyi xəbər verir


“Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır”.

Bunu bey.az-ın sorğusuna cavab olaraq Azərbaycan Hərbi prokurorunun böyük köməkçisi-Azərbaycan Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev deyib.

“Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir”,- deyə Prokurorluq rəsmisi bildirib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

Başa dön tuşu