fbpx

“Pandemiya 2022-ci ildə bitməyəcək” – Rusiyalı professor

BEY.AZ informasiya agentliyi xəbər verir


“Koronavirus pandemiyası 2022-ci ildə bitməyəcək, çünki dünya sakinlərinin yarısı hələ də COVID-19-a qarşı peyvənd olunmayıb”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı “Engelhardt” adına Molekulyar Biologiya İnstitutunun hüceyrələrin çoxalması laboratoriyasının rəhbəri, molekulyar bioloq, virusoloq, professor Petr Çumakov edib.

“Pandemiya ilə mübarizə çox qeyri-bərabər gedir. Ümumiyyətlə, Yer kürəsinin yalnız yarısı peyvəndlərlə əhatə olunub. Qalanları peyvənd olunmayıb. Bundan əlavə, Çin kimi böyük bir neçə ölkə var ki, orada praktiki olaraq hələ heç kim xəstələnməyib. İnfeksiyaların sayında uzunmüddətli artım üçüncü dünya ölkələrində də mümkündür”.

Çumakov hesab edir ki, Çində artan COVID-19 insidenti nəzarətdən çıxa bilər.

Qeyd edək ki, aprelin 7-də Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi bildirib ki, Çində son sutka ərzində pandemiya başlayandan bəri ilk dəfə olaraq 23 107 nəfərdə COVID-19-a yoluxma halı aşkarlanıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin