Nadirin partlayışda ölən qız haqda yazdıqları TƏNQİD OLUNDU
BEY.AZ informasiya agentliyi xəbər verir
Müğənni Nadir Qafarzadənin “Location” gecə klubundakı partlayışda ağır xəsarət alan, dünən vəfat edən Fərqanə Eynullayeva ilə bağlı yazdığı şərhi müzakirələrə səbəb olub.
Metbuat.az xəbər verir ki, ifaçı “Show_news” instaqram səhifəsində Fərqanənin vəfat etməsi ilə bağlı paylaşıma şərh olaraq bu sözləri yazıb:
“İndiki bəzi qızlar niyə ailə həyatı qurub xanım olmaq istəmirlər ki? 23 yaşlı qız həyatını puç etdi. İnsan öz həyatını özü darmadağın edir. Məncə, bu hadisə bir çox gənc qıza dərs olar. Yazıq valideyn indi gör nə haldadır. Nə deyib ağlasın görəsən? Ey gənclər, həyatınızı məhv etməyin”.
Onun bu fikri sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunsa da, onun sözlərinə haqq qazandıranlar da olub.
Eyni səhifənin başqa bir paylaşımına Nadir heç kimin həyatına qarışmadığını, əksinə gəncləri özlərini qorumağa çağırdığını qeyd edib:
“Vallah, mən heç kimin həyatına müdaxilə etmirəm, sadəcə gənclərimizi özlərini qorumağa çağırıram. Yəni, həyatda təkcə özünü yox, valideynlərinizi və doğmalarınızı da düşünün. Həyat insana bir dəfə verilir. Gəncliyinizi məhv etməyin. Allah valideynlərinə səbir versin”, – deyə o paylaşımda qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.