DİM Gürcüstanda Azərbaycan dili müəllimlərinin attestasiyasına dəstək verəcək
BEY.AZ informasiya agentliyi xəbər verir
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) direktoru Sofia Qorqodze, həmçinin hər iki qurumun rəhbər şəxslərinin iştirakı ilə onlayn formada görüş keçirilib.
Metbuat.az DİM-ə istinadən xəbər verir ki, tərəflər arasında daha əvvəl imzalanan Anlaşma Memorandumu yenilənib. Görüşdə buraxılış imtahanlarının nəticələrinin təhlili və müzakirəsi istiqamətində tədbirlərin keçirilməsinə qərar verilib.
Qeyd edək ki, DİM və MQİM arasında ilk Anlaşma Memorandumu 20 may 2020-ci ildə imzalanıb və daha sonra 26 fevral 2021-ci il tarixində yenilənib.
Ötən iki il ərzində aşağıdakı işlər yerinə yetirilib:
Gürcü dili üzrə 9 və 11-ci sinif səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə edilən test tapşırıqlarının təkmilləşdirilməsi;
Gürcü məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün müəllimlərin peşə-ixtisas imtahanında istifadə edilən tapşırıqların hazırlanması;
MQİM-in Azərbaycan dilinə tərcümə edilən riyazi və verbal məntiq testlərinin təkmilləşdirilməsi;
MQİM-ə riyazi və verbal məntiq testlərini Azərbaycan dilinə tərcümə edəcək əməkdaşın seçilməsinə köməklik edilməsi.
2022-ci il üzrə yenilənən Memorandumda aşağıdakı qarşılıqlı əməkdaşlıq sahələri əksini tapıb:
MQİM-in ekspertləri tərəfindən DİM-in gürcü dili üzrə buraxılış imtahanlarında (9 və 11-ci sinif səviyyəsi üzrə) istifadə etdiyi test bankının nəzərdən keçirilməsi və təkmilləşdirilməsi;
DİM-in köməkliyi ilə gürcü məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün müəllimlərin peşə-ixtisas imtahanı üzrə sual bankının hazırlanması.
Qeyd edək ki, DİM-in dəstəyi ilə Gürcüstanın tədrisi Azərbaycan dilində olan orta məktəblərində işləyən Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün müəllimlərin peşə-ixtisas imtahanı üzrə qiymətləndirmə alətinin tətbiqi Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin attestasiyası zamanı differensial əmək haqlarının müəyyən edilməsində istifadə olunur.
Xatırladaq ki, qurumlar arasında imzalanmış Anlaşma Memorandumu Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclas Protokolunun müddəalarının icrasına da töhfə verir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.