Beyləqanda 82 yaşlı kişi 81 yaşlı arvadını çəliklə döyüb
BEY.AZ informasiya agentliyi xəbər verir
Beyləqanda 82 yaşlı kişi 81 yaşlı arvadını çəliklə döyüb.
Bu barədə Metbuat.az-a rayon prokurluğundan məlumat verilib.
Bildirilib ki, aprelin 7-i saat 12 radələrində Beyləqan rayon sakini, 1941-ci il təvəllüdlü Dilarə Həsənovanın yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1940-ci il təvəllüdlü Nuru Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı ağacdan hazırlanmış çəliklə Dilarə Həsənovanın başına və bədənin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Nuru Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.