fbpx

Məzahir Pənahov bu vəzifəsindən AZAD EDİLDİ

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Bakı Dövlət Universitetinin (BDU) Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunub.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Məzahir Pənahov MSK sədri vəzifəsini tutduğu üçün 25 ildir müdiri olduğu Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasındakı vəzifəsindən getməli olub.

BDU rektoru Elçin Babayevin müvafiq əmri ilə Fizika-riyaziyyat elmləri namizədi, “Ümumi fizika və FTM” kafedrasının dosenti Rəhimov Rəhim Şükür oğlu Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə təsdiqlənib.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, Məzahir Pənahov 1993-cü ildə Fizika-riyaziyyat elmləri doktoru, professordur. 1991-ci ildən 1996-cı ilədək Ümumi fizika kafedrasının, 1996-cı ildən Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri olub. O, 19 may 2000-ci ildən MSK-ya rəhbərlik edir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu