fbpx

Azərbaycanın xarici işlər naziri İsraildə törədilən terror aktını qınayıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Xarici işlər naziri Ceyhun Bayramov İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov ilə görüşüb.

Bu barədə Metbuat.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Qarşı tərəfi salamlayan nazir Ceyhun Bayramov öncə, dünən Tel-Əvivdə baş vermiş terror aktı ilə bağlı başsağlığını çatdırıb, terrordan əziyyət çəkən ölkə kimi Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə qınadığını bildirib.

Nazir Azərbaycanın İsrail ilə münasibətlərin inkişafına önəm verdiyini qeyd edərək, İsraildə Azərbaycan ticarət nümayəndəliyinin fəaliyyət göstərməsinin və Turizm Mərkəzinin açılmasının bu xüsusda əhəmiyyətini vurğulayıb. İki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqu məmnunluqla qeyd edən nazir, qarşılıqlı səfərlərin əlaqələrin daha da inkişafına müsbət təkan verdiyini bildirib.

Nazir Ceyhun Bayramov 7 aprel tarixində Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyinə istinad edərək, bu xüsusda təbriklərini və xoş arzularını qarşı tərəflə bölüşüb.

İsrail Dövlətinin turizm naziri Yoel Razvozov Azərbaycana səfəri çərçivəsində keçirilmiş məhsuldar görüşləri, xüsusilə də dövlət başçısı ilə aparılan müzakirələri, eləcə də digər ikitərəfli təmasları məmnunluqla qeyd edib. İki ölkə arasında son 30 ildə bir çox istiqamətlərdə inkişaf edən dostluq və əməkdaşlıq münasibətləri və bu əlaqələrin daha da inkişafı potensialı vurğulanıb. Nazir Razvozov İsrailin Azərbaycanın ərazi bütövlüyünə hər zaman olan dəstəyini bir daha ifadə edib.

Tərəflər iki ölkə arasında münasibətlərin bir sıra sahələrdə, o cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki, turizm və s. istiqamətlərdə inkişafı perspektivləri ətrafında fikir mübadiləsi apardılar.

Nazir Ceyhun Bayramova qarşı tərəfə bölgədə mövcud olan post-münaqişə vəziyyəti, o cümlədən ərazilərin minalardan təmizlənməsi, bərpa və rekonstruksiya işləri barədə məlumat verdi və İsrail şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla vurğulayıb.

Görüş zamanı qarşılıqlı səfərlərin davamlılığının, habelə iki ölkə XİN-ləri arasında siyasi məsləhətləşmələrin davamlı həyata keçirilməsinin vacibliyi qeyd edilib. Görüşdən sonra nazir Ceyhun Bayramov və nazir Yoel Razvozov Xarici İşlər Nazirliyində təşkil edilmiş, Azərbaycan Respublikası və İsrail Dövləti arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş sərgidə iştirak ediblər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin