fbpx

Azərbaycan millisinin sabiq futbolçusuna ağır cəza verilib

BEY.AZ informasiya agentliyi xəbər verir


AFFA İntizam Komitəsi Gənclər Liqasında çıxış edən “Səbail” komandasının məşqçisi Ramal Hüseynovu 2 il müddətinə futbolla əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edib.

Metbuat.az xəbər verir ki, buna 38 yaşlı mütəxəssisin stadiona giriş qadağası olmasına baxmayaraq “Qarabağ”la oyunda meydana daxil olması və hakimlər briqadasını təhqir etməsi səbəb olub.

Məşqçi daha əvvəl ROFM klubu ilə matçda hakimi təhqir etdiyi və referiyə hədə-qorxu gəldiyi üçün 15 matçlıq cəza almışdı.

Qeyd edək ki, Ramal Hüseynov 2001-ci ildə yığmanın formasını geyinib. O, müxtəlif vaxtlarda “Qarabağ”, “Neftçi“, “Turan”, “Kəpəz” klublarının, həmçinin Türkiyədə “Kocaelispor”un şərəfini qoruyub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin