Müharibə nə vaxt bitir, qalib kim olacaq?
BEY.AZ informasiya agentliyi xəbər verir
Tanınmış ekstrasens Zirəddin Rzayevin Axar.az-a müsahibəsini təqdim edirik.
– Ukrayna–Rusiya müharibəsinin 30 gündən çox çəkməyəcəyini demişdiniz. 44 gündür müharibə hələ də davam edir. Bu barədə nə demək istərdiniz?
– Ruhani aləm, mənəviyyat aləmi elə incə məqamdır ki, bunu hər kəsə başa salmaq olmur. Hər günün, ayın özünün xüsusi energetikası var. Siz də gördünüz ki, müharibənin birinci 30 günü ajiotaj yaşandı. Hər kəs şokda idi. Valyuta qalxması, krizlər… İndi isə 30 gün bitib, müharibə öz axarında davam edir. 24-cü günün mənim üçün çox önəmli olduğunu demişdim. Elə də oldu. Rusiya müharibədə ilk dəfə olaraq “Xəncər” raketini sınaqdan keçirdi. ABŞ Prezidenti Bayden, Türkiyənin ictimai-siyasi telekanallarının hamısı həmin raketin mahiyyəti ilə bağlı fikir bildirdilər, müzakirələr oldu. Məgər bu azdır? Nə üçün mənim özünü doğruldan proqnozlarımı görmürlər? Yüz proqnozumdan biri səhv çıxanda, doğru çıxan 99 proqnoz qalır kənarda, səhv çıxanı müzakirə edirlər. Çünki millətimizin müəyyən bir qrupunda bədbinlik, paxıllıq var. Bunu hamıya şamil etmirəm. Hazırda bununla bağlı videomüraciət hazırlamışam. Yaxın günlərdə ictimaiyyətlə bölüşəcəyəm. Bu müraciət Azərbaycanda qalmaqal yaradacaq.
– Ukraynalı astroloq Yuliya Poqorelçenko deyib ki, 2023-cü ildə müharibə başa çata bilər. Amma onun uzanması riski də var. Bəs siz bu barədə nə düşünürsünüz?
– Konkret bir tarix, ay verilmirsə, belə proqnoz vermək çox asandır. Xeyr, müharibə 2023-cü ilə qədər qalmayacaq. Amma konflikt 2023-cü ildən sonra da davam edə, gərginlik uzana bilər.
– Müharibədə hansı ölkə qalib gələcək? Bununla bağlı diaqnozunuz nədir?
– Mən demirəm, Ukraynanın, ya da Rusiyanın tərəfindəyəm. İstənilən halda müharibə pisdir, alqışlanılmır. Amma bu müharibədə Rusiya qalib gələcək. Rusiya öz istəklərinə çatacaq.
– Müharibənin Azərbaycan üçün iqtisadi baxımdan mənfi və ya müsbət cəhətləri nə olacaq?
– Azərbaycan üçün heç bir qorxu yoxdur. Müharibə Azərbaycanın kənd təsərrüfatını, əkinçiliyini müsbət nəticələrə doğru aparacaq.
– Bu müharibə Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilərmi?
– Bunu bəzi ekstrasenslər də söyləyirlər. Çox absurd fikirdir. Bunun ola bilmə ehtimalı çox azdır. Belə bir şey görmürəm. Bunu deyən adamlar çox savadsızdır. Artıq biz nüvə silahı olan ölkələrin dövründə yaşayırıq. Üçüncü Dünya müharibəsinin olması artıq dünyanın sonu, qiyamət deməkdir. Burada müharibə ehtimalı ola bilməz.
– Sizcə, Rusiya nüvə silahından istifadə edə bilərmi?
– Bəli, edə bilər. Bir insanı küncə sıxışdıranda özünü də öldürməlidir, başqasını da. Bu reallıqdır. Düşünün ki, Rusiya məğlub olur və nüvə silahını istifadə etmir. Belə bir şey mümkün deyil. Eləcə də nüvə silahı olan digər dövlətlər. Əgər istifadəsi qadağandırsa, bu silah niyə var? Ölkənin müdafiəsi üçün lazımdır. Qardaş Pakistanda da bu silahdan var. Bu müsahibəni oxuyanlar bəlkə də elə başa düşəcəklər ki, mən səhv danışıram, işğalçı bir dövlətin tərəfindəyəm. Amma əksinədir. Ukrayna və Rusiya bir millətdir. Sadəcə, Rusiyanın Ukrayna ilə bağlı başqa yolu qalmamışdı. Rusiyaya da sərf etmir ki, Ukrayna ilə müharibə etsin.
– Bəs dünya və Azərbaycan üçün koronavirus pandemiyası nə vaxt bitəcək? Şanxayda hazırda hökm sürən vəziyyətə görə hər kəsi bu sual narahat edir.
– Mən koronavirusun bitəcəyini dediyim zamanlarda Prezidentimizin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşkilatçılığı ilə Rusiyadan Azərbaycana çox sayda həkim getdi. Mən dediyim zamanda da koronavirusa yoluxma Azərbaycanda azaldı, həmin həkimlər Rusiyaya geri qayıtdılar. Burada söhbət energetikadan gedirsə, mən deyə bilərəm ki, nə vaxt azalacaq. Ümumilikdə isə bu, illərlə davam edəcək. Koronavirsudan başqa tam ayrı viruslar gələcək. Bu, qaçılmazdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.