Ukrayna üçün 10 milyard avro yığıldı
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukrayna qaçqınları üçün təşkil olunmuş beynəlxalq donor konfransında 10,1 milyard avro məbləğində ianə və kredit razılığına nail olunub.
Metbuat.az xəbər verir ki, Varşavada “Ukrayna üçün ayağa qalx” devizi altında təşkil olunmuş kampaniyada dövlət və ictimai xadimlər videoformatda iştirak ediblər.
Vəsaitlərin 9,1 milyard avroluq hissəsi kampaniya çərçivəsində yığılıb, 1 milyard avro vəsaiti isə Avropa Komissiyası Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə təqdim edəcəyini elan edib.
Qeyd edək ki, beynəlxalq donor konfransı Avropa Komissiyası, Kanada hökuməti və “Global Citizen” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə çağırılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.