fbpx

Elgizin verilişində dava düşdü: Şəfiqə Nağıyeva Şəbnəmə görün nə dedi

BEY.AZ informasiya agentliyi xəbər verir


Müğənni Şəbnəm Qəhrəmanova ilə vəkil Şəfiqə Nağıyeva arasında efirdə dava düşüb.

Metbuat.az xəbər verir ki, “Elgizlə izlə” verilişinə gələn ifaçı nikahdankənar uşaq dünyaya gətirməkdən danışıb.

Studiyada yer alan Sevinc adlı qadının nikahdankənar uşaq dünyaya gətirməsinə “Ayıbdır, biabırçılıqdır” deməsi Şəbnəmi özündən çıxarıb. O, özünün də övladının nikahdankənar dünyaya gəldiyini deyib:

“Sizin bunu deməyə ixtiyarınız yoxdur. 1500 ildir bu divanda oturmusunuz, durmursunuz. Elə bil müğənnisiniz”.

Onun bu sözlərinə əsəbiləşən vəkil “Sən kimsən? Azərbaycan qadınıyam. İstəmirəm bu hal olsun. Uşaq nikahdan doğulmalıdır. Hərə bir kişidən doğur. Belə bir hal alıb, hamı kimdənsə uşaq doğur alır qucağına. Nikah bağlayıb, ərə gedib uşaq dünyaya gətirmək lazımdır” cavabını verib.

Gərgin anlar yaşanan studiyanı “Siz kimsiniz? Vəkilliyinizlə məşğul olun, əgər o da varsa” deyən Şəbnəm tərk edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Əməkdar artist Vasif Məhərrəmli Şəbnəmin ünvanına “Ərə getməyib, toy etməyib, uşağının atası kimdir” sualını ünvanlamışdı.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin