İrandan avtomobillərdə gizlədilərək ölkəyə gətirilən siqaretlər aşkarlanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 3 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Metbuat.az Komitəyə istinadən verdiyi məlumata görə, İdarənin Biləsuvar gömrük postunda İrandan gələn 2 ədəd “Dongfeng” və “Dong Feng Kaveh” markalı yük nəqliyyat vasitələri gömrük nəzarətindən keçən zaman saxlanılıb və kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 7 600 ədəd “Manchester” markalı siqaret aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.