fbpx

Oruc tutmağın heyrətamiz faydaları – Tibbi sübutlar

BEY.AZ informasiya agentliyi xəbər verir


Milyonlarla müsəlmanın aclıq və nəfslə imtahan olunduğu müqəddəs Ramazan ayı başladı.

Bəs bu ayın fəziləti və orucu tutmağın insan üçün faydaları nələrdir?

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, insan bədəni oruc tutulduğunu son yeməkdən 8 saat sonra “anlayır”.

Bağırsaqlar mədədəki bütün qidaları həzm etdikdən sonra, enerji ehtiyacını qarşılamaq üçün qaraciyər və əzələlərdəki qlükoza, onun ardınca isə yağlara yönəlir. Yağların əriməsi də xolesterin səviyyəsinin normallaşmasına, artıq çəkinin və şəkərli diabet riskinin azalmasına səbəb olur.

Qeyd etmək lazımdır ki, imsak və iftar vaxtları arasında maye qəbulu da olmadığı üçün bədəndə tərləmə artır, maye itkisi çoxalır. Buna görə də, ilk 1 həftədə iftardan sonra və imsak vaxtı karbonhidratların və bəzi yağların lazımi miqdarda qəbulu vacibdir. Protein, duz və su kimi vacib qidalar da mütləq qəbul edilməlidir.

Növbəti 1 həftədə bədən, artıq oruc tutmağa tam uyğunlaşır. 16-30-cu günlər aralığında isə yoğun bağırsaq, böyrək və dəri zəhərli toksinlərdən xilas olur. Bu aralıqda orqanlar maksimum fəaliyyətini bərpa edir. Yaddaş və konsetrasiya güclənir, enerji artır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin