“eBay” Rusiyaya mal göndərməyi dayandırdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Daha bir neçə şirkət Rusiya qarşı sanksiyalara qoşulub.
Metbuat.az xəbər verir ki, bunlardan biri də “eBay”dır. Ukraynanın rəqəmsal transformasiya naziri Mixaylo Fedorov öz Teleqram kanalında yaydığı məlumata görə, “eBay” Rusiyaya mal göndərməyi dayandırıb.
“Rusiya Federasiyasının rəqəmsal blokadası davam edir. Söhbət texnologiya şirkətlərindən və onların Rusiyaya qarşı sanksiyalarından gedir. Beləliklə, “Ericsson” Rusiyadakı fəaliyyətin dayandırır. Fevralın sonunda şirkət Rusiyadakı müştərilərə bütün çatdırılmaları dayandırıb. “Ericsson”un Rusiyadakı əməkdaşları ödənişli məzuniyyətə göndəriləcək. Bundan əlavə, “eBay” Rusiyaya göndərişi dayandırdı. Onlayn auksionlar və onlayn mağazalar sahələrində xidmət göstərən ABŞ şirkəti rusiyalı alıcılara malların çatdırılmasını dayandırıb” – nazir qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.