fbpx

Bakıda betonqarışdırıcı avtomobil qaz kəmərini zədələyib

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün səhər saatlarında betonqarışdırıcı avtomobil magistral qaz kəmərini zədələyib.

Bu barədə Metbuat.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, avtomobilin qaz xətti üzərindən kənarlaşdırılmasından və işin gedişindən asılı olaraq bu gün saat 13:00-dan etibarən “Keşlə” QPS-dən qaz təchizatı dayandırılıb.

“Təmir müddətində Xətai rayonu üzrə (Y. Səfərov, Babək prospekti, Xocalı prospekti, Nobel, F.Bayramov, S.Vəzirov, M.Mehdizadə, İ.Orucov, NZS qəsəbəsi, UPD yaşayış sahəsi, Aşıq Qurban, Mingəçevir və Süleyman Əhmədov küçələri) 35 000 abonentin qaz təchizatı məhdudlaşdırılıb, Nəsimi rayonu üzrə isə (Azadlıq prospekti, 28 May, Dilarə Əliyeva, Nizami, Xəqani) 20 000 abonetin qaz təchizatının alternativ mənbələrdən təmin olunması imkanlarının mövcudluğuna baxmayaraq, qaz təchizatında müəyyən zəiflik ola bilər.

Hal-hazırda təmir işləri aparılır, yaxın saatlarda qaz təchizatındakı fasilənin aradan qaldırılması planlaşdırılır”, – məlumatda deyilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin