fbpx

Azərbaycan hər zaman BMT-nin əsas prinsiplərinə sadiq olub

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv olduqdan sonra BMT Nizamnaməsinin məqsəd və prinsiplərini rəhbər tutaraq qaydalara əsaslanan beynəlxalq nizama ciddi riayət olunmasını qorumaq və təşviq etmək üçün səylərini əsirgəməyib”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən BMT modeli üzrə konfransın açılış mərasimində bildirib.

“Biz davamlı inkişaf üçün kollektiv öhdəliyə fəal töhfə veririk və BMT-nin geniş əhatəli gündəliyində bütün səviyyələrdə iştirak edirik. Biz, digərləri ilə yanaşı, regionumuzda və onun hüdudlarından kənarda sülhü təşviq edir, digər ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı inkişaf etdirir, BMT-nin sülhməramlı əməliyyatlarında iştirak edir, COVID-19 pandemiyasının mənfi nəticələrinin aradan qaldırılması üçün səyləri dəstəkləyir və humanitar çağırışlara cavab veririk. Biz həm də çoxtərəfliliyin güclü tərəfdarıyıq və mədəniyyətlərarası dialoqun ən böyük təşviqatçılarından biriyik.

Rüya tabirlerini burdan oku

Azərbaycan hazırda dünyada ikinci ən böyük dövlətlər qrupuna – Qoşulmama Hərəkatına (QH) sədrlik edir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi qəbul etməsi dövrümüzün ən böyük qlobal problemlərindən biri – COVID-19 pandemiyası ilə üst-üstə düşdü. Bununla belə, biz mövcud problemləri əməkdaşlıq imkanlarına çevirə bilmişik. Qoşulmama Hərəkatına Sədrliyimiz dövründə Prezidentimizin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü qlobal miqyaslı bir sıra mühüm təşəbbüslər vasitəsilə çoxtərəflilik yeni təkan qazanmışdır.

Bəşəriyyət, davam edən pandemiya ilə yanaşı, beynəlxalq təhlükəsizlik sisteminin müxtəlif blokların təzadlı yanaşmaları ilə yenidən sınaqdan keçdiyi çox çətin bir dövrü yaşayır. Artan ziddiyyətlər Qoşulmama Hərəkatının etibarlılığını və tarixi aktuallığını bir daha təsdiqləyir.

Qoşulmama Hərəkatına sədrliyimiz çoxtərəfli gənclər əməkdaşlığına da yeni təkan verdi. Keçən il oktyabrın 4-də biz Hərəkatın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit edilənlərlə eyni olan dəyər və prinsiplərini təbliğ etmək üçün Qoşulmama Hərəkatının üzv dövlətlərinin gənc nümayəndələrini bir araya gətirən QH Gənclər Şəbəkəsini təsis etdik.

BMT Modelinin simulyasiya təcrübəsindən irəli gələrək, QH-nin 60 illik tarixində ilk dəfə olaraq, QH Modeli Simulyasiya Məşğələsini hazırladıq. Bu ilin fevral ayında məhz bu universitetdə biz ilk dəfə QH Modeli Simulyasiya Konfransının açılışını etdik.

Simulyasiya məşğələsi gənclər üçün həqiqi lider olmamışdan əvvəl praktik bacarıqlarını gücləndirmək üçün əla təcrübədir. İştirakçıların çətin qlobal mövzuların həllində öz bilik və bacarıqlarını sınaması xüsusilə son qlobal hadisələr fonunda diqqəti cəlb edir.

ADAMUN Simulyasiya Konfransı gənc iştirakçılara BMT-nin müxtəlif qurumlarının iş metodlarını və prinsiplərini başa düşmək üçün müvafiq təcrübə əldə etməyə imkan verəcək. Bu, iştirakçılara BMT daxilində hökm sürən siyasi dinamika ilə daha yaxından tanış olmağa, danışıqlar və problem həll etmə bacarıqlarını gücləndirməyə kömək edəcək. Bu, həmçinin iştirakçılara qlobal gündəliyin müəyyən məsələləri ilə bağlı ayrı-ayrı BMT üzv dövlətlərinin maraqlarını, narahatlıqlarını və həssaslıqlarını daha yaxşı başa düşməyə imkan verəcək.

Diplomat olmaq asan məsələ deyil. Bu 3 gündə özünüzü diplomatların yerinə qoyaraq, xalqlarınız adından qərar qəbul etməyin çətinliyini və ən böyük məsuliyyətini dərk edəcəksiniz. Bununla qeyd edərək, daha bir uğurlu ADAMUN Simulyasiya Konfransının keçirilməsində bütün iştirakçılara uğurlar arzulayıram”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu