fbpx

Energetika nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Energetika naziri Pərviz Şahbazovun aprelin 15-də, saat 11:00-da Cəlilabad şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı aprelin 21-nə dəyişdirilib.

Bu barədə Metbuat.az-a Nazirlikdən məlumat verilib.

Məlumata görə, nazir Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 242) qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), Nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs İntiqam Mehdiyev, əlaqə telefonları: (050) 668-61-24, elektron poçt ünvanı: lankara[email protected]) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar, həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və Nazirliyin “facebook” səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin