Rusiyadan Türkiyəyə iki milyon turistin gedəcəyi planlaşdırılır
BEY.AZ informasiya agentliyi xəbər verir
“2022- ci ilin sonuna qədər Rusiyadan Türkiyəyə turist axını təxminən iki milyon nəfərə çata bilər”.
Metbuat.az RİA Novosti-yə istinadən bildirir ki, bu açıqlamanı Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) icraçı direktoru Maya Lomidze edib.
Ötən il Rusiyadan Türkiyəyə 4,7 milyon insan turist kimi səfər edib. 2022- ci ildə isə hər şey hava nəqliyyatından asılı olacaq. Öncədən bunu proqnozlaşdırmaq çətindir. Ümid edirik ki, bu il iki milyon nəfər insan səfər edərsə bunun da yaxşı nəticəsi olacaq”, – deyə Lomidze bildirib.
O qeyd edib ki, Türkiyə rus turistlər üçün ən maraqlı ölkə olsa da, uçuşların qiymətinin bir qədər baha olması daha çox səfər etmək istəyənlərin arzusuna mane olur.
“Təəssüf ki, Türk Hava Yolları və “Pegasus”un blok oturacaqlarının hazırkı qiymətləri bu turları 2022-ci ilin əvvəlindəki qiymətlərlə satmağa imkan vermir. Bu, xüsusilə regionlarda tələbatın azalmasına səbəb olur”, – ATOR rəhbəri qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.