Konfrans Liqasında 1/4 finalın cavab oyunları keçiriləcək
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
Metbuat.az xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olacaq.
Gecənin ilk matçında İngiltərə “Lester”i Niderlandda PSV-nin qonağı olacaq. Niderlandın digər təmsilçisi “Feyenoord” isə Çexiyanın paytaxtı Praqada “Slaviya” ilə qarşılaşacaq.
Fransa “Marsel”i Yunanıstanda PAOK-la üz-üzə gələcək.
Turnirin favoritlərindən İtaliya “Roma“sı Norveçin “Budyo Qlimt” klubunu sınağa çəkəcək.
UEFA Konfrans Liqası, 1/4 final
Cavab oyunları
14 aprel
20:45. PSV (Niderland) – “Lester” (İngiltərə)
İlk oyun – 0:0
23:00. “Slaviya” (Praqa, Çexiya) – “Feyenoord” (Niderland)
İlk oyun – 3:3
23:00. PAOK (Yunanıstan) – “Marsel” (Fransa)
İlk oyun – 1:2
23:00. “Roma” (İtaliya) – “Budyo Qlimt” (Norveç)
İlk oyun – 1:2.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.