fbpx

Boksçularımız Avropa birinciliyinə qələbə ilə başladı

BEY.AZ informasiya agentliyi xəbər verir


Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyinə start verilib.

Metbuat.az xəbər verir ki, 8 gün davam edəcək yarışın ilk gününün gündüz seansında Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Komandamızın heyətində ilk olaraq mübarizəyə Daniel Xolostenko qoşulub. 71 kq çəki dərəcəsində qüvvəsini sınayan ölkə çempionu Andrey Osiyevsçi (Moldova) ilə gücünü yoxlayıb. 1/16 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun qələbəsi ilə başa çatıb. Xolostenko rəqibini vaxtından əvvəl tam üstünlüklə məğlub edib.

Təmsilçimiz 1/8 final mərhələsində macarıstanlı Levent Qemeslə qarşılaşacaq. Görüş aprelin 17-də baş tutacaq.

Millimizin digər üzvü Səid Abdullayev (67 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. Həmyerlimiz Samuel Quqliotta (İtaliya) ilə gərgin keçən döyüşdən üstün ayrılıb. O, 3:2 (29:28, 29:28, 27:30, 28:29, 29:28) hesabı ilə qələbə qazanaraq, 1/8 finala vəsiqə qazanıb.

Abdullayev bu mərhələdə türkiyəli Kaan Bilge ilə üz-üzə gələcək. O, ikinci döyüşünə aprelin 16-da çıxacaq.

Qeyd edək ki, Azərbaycan yığması Avropa birinciliyində oğlanların yarışında tam heyətlə təmsil olunur.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin