fbpx

Nazir Azərbaycanın ilk “dəmir qadın”ını qəbul etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın ilk “dəmir qadın”ı adını qazanmış Rəbiyyə Orucovanı qəbul edib.

Metbuat.az xəbər verir ki, Rəbiyyə Orucova Cənubi Afrika Respublikasının Port Elizabet şəhərində keçirilən “Isuzu Ironman” turnirində uğurla çıxış edərək “Ironman” titulunu qazanıb.

“Triterra Baku Triatlon Klubu”nun nümayəndəsi olan R.Orucova 3,8 km üzgüçülük, 180 km velosiped, 42 km qaçış da daxil olmaqla, tam “dəmir məsafə”ni 12 saat 18 dəqiqə 21 saniyəyə qət edib.

İdmançımız yarışın velosiped mərhələsində qəzaya uğrasa da, əsl iradə nümayiş etdirərək mübarizəni davam etdirib və finişə çatıb. Rəbiyyənin çıxışı ilə maraqlanan nazir onu uğuru münasibətilə təbrik edib və yeni qələbələr arzulayıb.

Öz növbəsində, Rəbiyyə Orucova ölkəmizdə idmançılar üçün yaradılmış şəraitə, kütləviliyin diqqət mərkəzində saxlanılmasına görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin