fbpx

Dövlət Komissiyasının İşçi qrupunun ştat sayı təsdiqlənib

BEY.AZ informasiya agentliyi xəbər verir


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun ştat sayı təsdiq edilib.

Metbuat.az xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli” təsdiq edilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati ərazisində yerləşdirilməklə, onun madditexniki təminatı, maliyyə əməliyyatlarının aparılması, işçilərinin sosial müdafiəsi və kadr qeydiyyatının həyata keçirilməsi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təmin edilməlidir.

İşçi qrupu üçün 1 (bir) xidməti minik avtomobili nəzərdə tutulur. Maliyyə Nazirliyi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun saxlanılması ilə bağlı xərclərin cari il üçün maliyyələşdirilməsini və hər il üçün tərtib edilən dövlət büdcəsində nəzərdə tutulması ilə bağlı tədbirlər görülməsini təmin etməlidir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin