fbpx

Audiovizual Şura televiziya yayımçılarına ciddi xəbərdarlıq edib

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikası Audiovizual Şurası televiziya yayımçılarına xəbərdarlıq edib.

Bu barədə Metbuat.az-a Şuradan məlumat verilib.

Bildirilib ki, aprel ayının əvvəlindən televiziya yayımçılarının proqramlarının Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən həyata keçirilən monitorinqləri zamanı canlı yayımlanan bəzi proqramlarda qonaqlar, iştirakçılar, ekspert qismində iştirak edən şəxslər arasında baş verən fiziki toqquşma və davaların, o cümlədən qarşılıqlı təhqirlərin efirə getməsi halları qeydə alınıb: “Həmin proqramlarda belə situasiyalar əvvəllər nadir hallarda baş verirdi və Şuranın yayımçılara etdiyi xəbərdarlıqların nəticəsində bu hallar sistematik xarakter almırdı. Lakin son günlər ümumölkə televiziya kanallarının efirlərində canlı yayımlanan proqramlar göstərir ki, belə pozuntuların intensivləşməsi və sistematik hala çevrilməsi baş verir”.

Azərbaycan Respublikası Audiovizual Şurası yayımçıların diqqətinə çatdırır ki, proqramlarda şəxslər arasında fiziki toqquşma və davaların, o cümlədən qarşılıqlı təhqirlərin efirə getməsi halları bir daha təkrarlanarsa onlara qarşı xəbərdarlıq olunmadan inzibati sanksiyalar tətbiq olunacaqdır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin