“Şamaxı” klubunda baş məşqçi vəzifəsini bu şəxs icra edəcək
BEY.AZ informasiya agentliyi xəbər verir
“Şamaxı” klubu baş məşqçi Sənan Qurbanovun istefasını qəbul edib.
Bölgə təmsilçisinin Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, klub rəhbərliyinin qərarı ilə bu vəzifənin icrası Rüstəm Əliyevə tapşırılıb.
Komandanın sabiq futbolçusu Rail Məlikov isə “Şamaxı-2″nin baş məşqçisi olub.
Qeyd edək ki, Sənan Qurbanov “Qarabağ”a 0:8 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra istefa verib. Rail Məlikov “Neftçi“yə 1:2 hesabı ilə uduzduqları XXII tur matçından əvvəl karyerasını bitirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.