fbpx

İcra başçısının müsadirə edilən əmlaklarının TAM SİYAHISI

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevin müsadirə edilən əmlaklarının tam siyahısı məlum olub.

Metbuat.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündə göstərilib ki, iş üzrə “DOST” İş Mərkəzi MMC-nin mülki iddiası təmin edilib. İ.Vəliyevdən 181 459 manat alınıb, MMC-nin xeyrinə verilsin.

Qobustan rayonu, Mərəzə qəsəbəsi, Şikar Şikarov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 6 otaqlı 151.5 kv.m yaşayış, 306.6 kv.m köməkçi sahədən ibarət 136 nömrəli fərdi yaşayış evi

Rüya tabirlerini burdan oku

Qobustan rayonu, Xilmilli kəndində 3.69 ha torpaq sahəsində yerləşən 2302.1 kv.m ümumi, 2302.1 kv.m əsas sahədən ibarət əmlak kompleksi kimi müəssisə (Xırman binası)

Qobustan rayonu, Mərəzə qəsəbəsi, 0.1025 ha torpaq sahəsində yerləşən 7 girişli, 234.3 kv.m ümumi, 234.3 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası

“Neftçala Taxıl” ASC-nin xüsusi mülkiyyətində olan və Neftçala şəhəri, M.Ə.Sabir küçəsi 341A ünvanında yerləşən Əmlak Kompleksi kimi müəssisə

Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən ümumi sahəsi 3800 kv.m olan “Yurdum” adlı ictimai iaşə obyekti

Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 3800 kv.m əraziyə bitişik 1600 kv.m torpaq sahəsi və üzərindəki tikili

Qeyd edək ki, İ.Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum olunub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu