fbpx

“Bağırsaq qripi” ilk növbədə mədə-bağırsağın selikli qişasını zədələyir

BEY.AZ informasiya agentliyi xəbər verir


Son bir ayda həkimlər uşaqlarda qusma, yüksək hərarət və ishalla müşahidə edilən Rotavirus adlanan virusun yayılması ilə bağlı əhalini xəbərdar edirlər.

Metbuat.az AZERTAC-a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının dosenti Sevda Məmmədova rotavirus infeksiyasının 9 tipi olduğunu deyib. İnsanlarda onun 3 tipinə, uşaqlarda isə daha çox A tipinə rast gəlindiyini bildirib. Onun sözlərinə görə, həmin virus ilk növbədə mədə-bağırsağın selikli qişasını zədələyir və özünü müxtəlif əlamətlərlə büruzə verir: “Ola bilsin ki, bəzi hallarda uşaq səhər tezdən durarkən ürəkbulanma, qusma baş versin. Bir neçə saatdan sonra hərarət yüksələ, daha bir neçə saatdan sonra isə ishal, qarın nahiyəsində ağrılar başlaya bilər. Bəzi hallarda uşaq boğazında ağrıların olmasından da şikayətlənir. Başqa bir əlamət kimi isə uşaq süst, halsız olur, arabir qarnında ağrılar olduğunu deyir, bir dəfə qusma, bir-iki dəfə də ishal qeydə alınır və s. Müəyyən əlamətlərinə görə rotavirus infeksiyasına əhali arasında “bağırsaq qripi” də deyirlər”.

S.Məmmədova qeyd edib ki, rotavirusun əlamətləri ilə infeksion qastroenteritin əlamətləri çox oxşardır. Ona görə də valideyn uşaqlarda ilkin əlamətlər müşahidə edəndə özbaşına müalicəyə başlamamalıdır: “Çünki onlar bunun rotavirus infeksiyası, yoxsa bakterial qastroenterit olduğunu qarışıq sala bilərlər. Ən yaxşısı, ilk saatlarda həkimə müraciət edərək diaqnozu dəqiqləşdirmək və düzgün diaqnoz əsasında müalicəyə başlamaq lazımdır. Təəssüf ki, bəzi valideynlər uşaqda ishal başlayan kimi antibiotik “təyin edirlər”. Hətta sosial şəbəkələrdə, müxtəlif saytlarda oxuduğu hansısa simptomun onun uşağındakı əlamətlərlə eyni olduğunu düşünərək özbaşına müalicə aparan valideynlər də var. Belə hallara qətiyyən yol vermək olmaz. Unutmamalıyıq ki, simptomlar eyni, müalicələr isə müxtəlif ola bilər. Hər uşağa antibiotik vermək doğru deyil. Əvvəlcə qanın, sidiyin ümumi analizi götürülməli, yalnız ətraflı kliniki müayinə və laborator analizlərin nəticələrindən sonra müalicə təyin olunmalıdır”.

Əslində, rotavirusun yüngül və ağır formasından asılı olmayaraq, bütün hallarda həkimə müraciət etməyin zəruriliyini bildirən həkim-pediatrın sözlərinə görə, bəzən uşağın vəziyyətini o dərəcəyə çatdırırlar ki, adi şöbəyə yox, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirmək lazım gəlir. O qeyd edib ki, altıaylıq uşaqda rotavirus infeksiyası yüngül formada keçdiyindən, müalicəsi həkim nəzarəti altında ev şəraitində də mümkündür.

S.Məmmədova, eyni zamanda xatırladıb ki, xəstəliyin orta və ağır formalarında müalicə mütləq xəstəxana şəraitində aparılmalıdır: “İmmun sisteminin həddindən artıq zəifliyi səbəbindən bəzi uşaqlarda ishal, süstlük, yuxululuq halları olsa da, hərarət yüksəlmir. Yəni hər vaxt qızdırma olması 100 faizlik göstərici deyil. “Qızdırma yoxdursa, yaxşı olar” – yanaşması da yanlışdır. Bəzi valideynlər qızdırmadan çox qorxurlar. Lakin qızdırma bir müdafiə reaksiyasıdır. Ona görə də qızdırmanın olmaması ilə müşahidə edilən əlamətlər daha çox narahatlıq yaratmalıdır. Valideynlərə tövsiyəm odur ki, xəstəliyin ilk əlamətlərini hiss edən kimi həkimlə məsləhətləşsinlər. Birdəfəlik yadda saxlasınlar ki, həkim təyinatı olmadan müalicə, antibiotiklərdən istifadə yolverilməzdir. Hər bir valideyn ilk növbədə övladının sağlamlığı barədə düşünməlidir. Bunun üçün isə ən doğru və yeganə seçim həkimə müraciətdir”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin