800 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
BEY.AZ informasiya agentliyi xəbər verir
2022-ci ilin yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 800 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib. Onlardan 413 min nəfəri sosial müavinətlə, 365 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Metbuat.az-a verilən məlumata görə, müavinət ödənişləri üçün ötən ilin müvafiq dövrünə nisbətən 34 faiz və ya 50 milyon manat çox olmaqla 197 milyon manat, təqaüd ödənişləri üçün 26 faiz və ya 28 milyon manat çox olmaqla 132 milyon manat sərf edilib.
Son üç ildə 25 növ müavinət və təqaüdün də elektron sistem üzərindən proaktiv təyinatı sistemləri işə salınıb. 2022-ci ilin ilk rübündə 110,1 min, ümumilikdə ötən dövrdə 330,9 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.