fbpx

Azərbaycanda çörəyin qiyməti qalxa bilərmi?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Dünyanın ən böyük taxıl ixracatçılarından olan UkraynaQazaxstan taxıl ixracatlarını məhdudlaşdırıb.

2021-ci ilin dekabr ayında BMT bu il 273 milyon insana kömək etmək üçün 41 milyard dollar üçün rekord müraciət edib. Amma bu müraciət Rusiya Ukraynanı işğal etməzdən əvvəl edilib. Hər iki ölkə əvvəllər BMT Ümumdünya Ərzaq Proqramına taxıl satırdı. Ukraynada baş verən müharibədən sonra BMT və bir çox kasıb Afrika ölkələri üçün taxıl ixracatı edən Ukraynanın özünün humanitar yardıma ehtiyacı yarandı. Dünyada bütün bu baş verənlərlə dünya yeni aclıq riski ilə qarşılaşmaqdadır. Ukraynadakı müharibənin dünya bazarında yaratdığı qeyri-müəyyənlik isə dərinləşməkdədir. İnkişaf etmiş öldələrdə belə qida məhsullarının qiymətlərində artımlar sürətlənib, infilyasiya artıb. Bütün bu hadisələrin ölkəmizə də təsirsiz qalmayacağı düşünülür.

Qazaxıstan da buğda ixracatına qadağalar tətbiq edir. Mərkəz Asiya ölkəsi bunu qlobal qıtlıq təhlükəsi ilə əlaqələndirir. Hər il xaricə 1 milyard 137 milyon dollarlıq buğda satan Qazaxıstan dünyada 9-cu ən böyük ixracatçıdır. Bundan əvvəl də, 8 milyard dollarlıq ixracatı ilə dünyada xaricə ən çox buğda satan Rusiya və eləcə də 3.5 milyard dollar eksport ilə ilk beşliyə daxil olan Ukrayna da satışı dayandırmışdı. Göründüyü kimi, dünyada ən çox buğda ixrac edən ilk onluq ölkəsindən 3-ü xaricə satışı tamamilə dayandırıb, bir sıra digər ölkələrdə isə məhdudiyyətlər tətbiq olunur.”

Rüya tabirlerini burdan oku

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov öz “Facebook” hesabında yazıb.

Vüqar Bayramov:

Buğda ixracatlarına qadağalar Azərbaycana necə təsir edəcək? Çörəyin qiymətində artımlar ola bilərmi?

“Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Azərbaycanda buğdaya olan tələbin 40 faizi idxal hesabına ödənilir. İdxalda ən böyük paya 80 faizlə Rusiya sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da Rusiya ilə müqayisədə kiçik çəkiyə malik idi. İllik buğda idxalımız 1 milyon tondan çoxdur. Ötən il idxal etdiyimiz buğdanın qiyməti təxminən 30 faiz bahalaşmışdı”, – deyə deputat qeyd edib.

Onun sözlərinə görə, ən uyğun yol idxaldan asıllığın aradan qaldırılmasıdır. Vüqar Bayramov 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib, əkin sahələrinin 38 faizinin buğda əkini üçün istifadə edildiyini deyib: “İllik buğda istehsalı isə 1,9 milyon tondur və son illər istehsalda cüzi olsa da artımlar müşahidə edilməkdir. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhvə verəcəyi gözlənir”.

Vüqar Bayramov həmçinin qeyd edib ki, dünya bazarındakı qiymət artımları fonunda idxal infilyasiyası qaçılmazdır. Bu, ölkəyə idxal edilən ərzaq məhsullarının, o cümlədən, buğdanın xərcini artırır. Buna görə də hökumət anti-infiliyasiya tədbirləri çərçivəsində ərzaq məhsullarının qiymətlərini optimallaşdırmağa çalışır. Mövcud ehtiyatlar Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra çörəyin qiymətindəki stabilliyi qoruyub saxlamağa imkan verdi. Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişməsi dünya bazarındakı dəyişikliklərdən də birbaşa asılı olacaq.

Artıq Hindistandan buğda idxalı ilə bağlı danışıqlar aparılır. Nazirlər Kabineti digər alternativ mənbələr axtarır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu