fbpx

Məşhur rumıniyalı pianoçu vəfat edib

BEY.AZ informasiya agentliyi xəbər verir


Ən böyük pianoçulardan biri hesab edilən tanınmış rumın musiqiçisi Radu Lupu 76 yaşında vəfat edib.

Metbuat.az “Musictimes.com” nəşrinə istinadla, xəbər verir ki, məlumatı onun meneceri Cenni Voqel təsdiqləyib. O bildirib ki, pianoçu evində vəfat edib.

Onun ölümünə səbəb isə uzun sürən xəstəliklər olduğu bildirilib.

Qeyd edək ki, 2019-cu ildə Lupu, sağlamlıq problemlərinə görə bir çox ictimai çıxışlardan rəsmi olaraq təqaüdə çıxıb. O, həmçinin 1990-cı illərin ortalarından bəri heç bir studiyada səs yazısı yazmayıb. Pianoçu həm də müsahibələrdən və mətbuat çıxışlarından yayınaraq diqqət mərkəzindən qaçan ictimai xadim kimi tanınırdı.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin