Bakıda kütləvi dava: Bir qrup gənc saxlanılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakıda kütləvi dava olub, bir qrup gənc saxlanılıb.
Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinə aprelin 19-da saat 20 radələrində metronun “İçərişəhər” stansiyasının yaxınlığında bir qrup gəncin Bakı şəhər sakinləri – E.Bağırovu və V.Xanlarovu döymələri və E.Bağırovun mobil telefonunu almaları barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Hüseynli, A.Abbasov, Sabirabad rayon sakinləri A.Şirinov, C.Qasımov, Şəki rayon sakini F.Hüseynli müəyyən edilərək saxlanılıb.
Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.