fbpx

Pavel Durov da Rusiyadan ÜZ ÇEVİRDİ: bu ölkənin vətəndaşlığını alıb

BEY.AZ informasiya agentliyi xəbər verir


“Telegram”ın yaradıcısı Pavel Durov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşlığını alıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Forbes” sahibkara və sosial şəbəkəyə yaxın iki mənbəyə istinadla məlumat yayıb.

“Beləliklə, Durov eyni vaxtda dörd ölkənin vətəndaşıdır: Rusiya, Karib hövzəsində yerləşən Sent Kitts və Nevis ştatı, Fransa və Birləşmiş Ərəb Əmirlikləri”, – məqalədə deyilir.

Həmsöhbətlərdən biri nəşrə bildirib ki, Durov BƏƏ pasportunu ötən ilin fevralında alıb. Səyahət və işgüzar səfərləri üçün o, BƏƏ və Fransanın sənədlərindən istifadə edir. Sent Kitts və Nevis vətəndaşlığının yalnız sahibkarın Rusiyadan mühacirətindən sonrakı ilk illərdə zəruri olduğu qeyd edilir.

“Pavel Rusiyaya getmir və səkkiz il ərzində bu ölkədə heç bir aktivi yoxdur. “Telegram”ın da orada ofisləri və işçiləri yoxdur. İstifadəçilərin də sayı səkkiz faizi keçmir, – “Telegram”a yaxın mənbəyə istinadən Forbes iddia edir.

Əlavə edilib ki, Durovun Rusiya pasportunun etibarlılıq müddəti artıq başa çatıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin