Qasım Süleymaninin intiqamını almaq fikrindən daşınsanız…
BEY.AZ informasiya agentliyi xəbər verir
“ABŞ general Qasım Süleymaninin intiqamının alınmasından imtina edilməsi qarşılığında İrana qarşı bəzi sanksiyaların ləğv ediləcəyini təklif edib”.
Metbuat.az Trthaber-ə istinadən xəbər verir ki, İran donanmasının komandanı Ali Rıza Tengsiri belə açıqlama verib. O bildirib ki, ABŞ İrana bəzi imtiyazlar verməyə hazır olduğuna dair mesajlar göndərib.
“Bunlar boş xəyallardır deyən” komandan, Qasım Süleymaninin intiqamının alınacağını bildirib.“İntiqam planlarımız qətidir. Həm Ali rəhbər, həm də İranın ordusunun komandanı intiqamın qaçılmaz olduğunu qeyd edir” – deyə Ali Rıza Tengsiri bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.