Azərbaycanın İranla sərhəd zolağında yanğın olub
BEY.AZ informasiya agentliyi xəbər verir
Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə Beyləqan rayonunun Əhmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-nin mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının İran İslam Respublikası ilə sərhəd zolağı boyunca kol-kos və qamışlıq sahədə baş verdiyi müəyyən olunub.
Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti, o cümlədən xüsusi təyinatlı texnikaların tətbiqi sayəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülməsi təmin olunub.
Yanğın nəticəsində 50 hektar sahədə qamışlıq və kol-kos yanıb.
Ərazidə olan sərhəd kommunikasiya xətləri yanğından mühafizə edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.