fbpx

Azərbaycanla Qırğızıstan arasında əlaqələrə yüksələn xətlə inkişaf edir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan ilə Orta Asiyanın türk dövlətləri arasında qarşılıqlı münasibətlər ölkələr arasında əməkdaşlıq və dostluq əlaqələrinin inkişafında olduqca mühüm mərhələdir. Azərbaycanla Qırğızıstanı da tarixi dostluq-qardaşlıq telləri bağlayır. Son illərə nəzər saldıqda ikitərəfli münasibətlərin inkişaf dinamikasını müsbət səciyyələndirmək mümkündür. Burada eyni soykök, eyni mədəni və mənəvi amillər mühüm önəm kəsb edir. Bu gün iki ölkə arasında yanacaq-energetika, nəqliyyat, logistika, kənd təsərrüfatıdigər sahələrdə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir”.

Metbuat.az xəbər verir ki, bunu “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Prezident İlham Əliyev 2016-cı ildə MDB Dövlət Başçıları Şurasının iclasında, 2018-ci ildə isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün Qırğızıstana səfər edib. Bu səfərlər zamanı keçirilən görüşlər əlaqələrin inkişafına mühüm töhfələr verib.

Rüya tabirlerini burdan oku

2009-cu il oktyabrın 3-də Naxçıvanda Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə toplantısı zamanı imzalanmış sazişə əsasən yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsisçi üzvlərindən biri Qırğız Respublikasıdır. Azərbaycanla Qırğız Respublikası Türk Dövlətləri Təşkilatı çərçivəsində də fəal əməkdaşlıq edir. Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğız dövləti respublikamıza dəstək nümayiş etdirib. Qırğızıstan artıq həllini tapmış Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, problemin həlli üçün fəallıq göstərməyə çalışıb.

Aprelin 20-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri iki ölkə arasında əməkdaşlıq tarixində yeni səhifə açmışdır. Ən yüksək səviyyədə aparılmış müzakirələr nəticəsində əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərin mahiyyəti yaxın gələcəkdə ikitərəfli əməkdaşlığın daha da genişlənəcəyini söyləməyə əsas verir. Səfər çərçivəsində dövlət başçıları tərəfindən birgə bəyanat və nəqliyyattranzit, iqtisadi və humanitar sahələr üzrə 10 sənəd imzalanıb. Dövlət başçılarının birgə bəyanatında qardaş ölkələr olan Qırğızıstanın və Azərbaycanın bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədikləri bir daha təsdiqlənir.

Bütövlükdə, bu səfər və səfər çərçivəsində keçirilən görüşlər və imzanalan sənədlər Azərbaycanla Qırğızıstan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir. Eyni zamanda, bu fakt türk birliyinin, türkdilli ölkələr arasında münasibətlərin güclənməsini də özündə ifadə edir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu