Karantin qaydalarını pozan şəxlərin cərimələri silinəcək?
BEY.AZ informasiya agentliyi xəbər verir
Karantin qaydalarının pozulmasına görə yazılan cərimələrin ləğvi ilə bağlı məsələyə baxıla bilər.
Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, millət vəkili Ceyhun Məmmədov “Xəzər Xəbər”ə bildirib ki, pandemiya dövründə karantin qaydalarının pozulmasına görə yazılan cərimələrin ləğvi ilə bağlı məsələ gündəmə gəlib.
Hər bir vətəndaş qanunun tələblərini yerinə yetirməlidir. Bu, birmənalıdır. Amma ümumən vətəndaşların vəziyyətini, pandemiyanın arxada qaldığını nəzərə alsaq, məsələyə fərdi qaydada baxmaq olar.
Millət vəkili bildirib ki, insanların məvacibindən, sosial durumundan asılı olaraq fərdi qaydada bu məsələyə yanaşmaq mümkündür. Burada əsas məqsəd insanların öz vətəndaşlıq vəzifələrinin icrasında məsuliyyətini artırmaqdan ibarətdir.
Bu məsələnin parlamentin komitələri tərəfindən müzakirəyə çıxarılması təklif edilir deyə millət vəkili əlavə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.