MEDİA-da ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüş keçirilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində İcraçı direktor Əhməd İsmayılov Azərbaycanda səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüşüb.
Metbuat.az xəbər verir ki, Əhməd İsmayılov ölkəmizdə media sahəsində həyata keçirilən islahatların gedişatından danışıb. O, “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanının müvafiq sahədə islahatların yol xəritəsi olduğunu vurğulayıb. Fərmandan irəli gələrək normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlərin mahiyyəti və əhatə dairəsindən bəhs edilib.
İcraçı direktor qonağın diqqətinə çatdırıb ki, bu il fevralın 8-də Prezident İlham Əliyev “Media haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb. Bildirib ki, Qanunun məqsədi yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə Azərbaycanda jurnalist peşəsinin nüfuzunun yüksəldilməsinə şəraitin yaradılmasıdır.
Teresa Ribeiro Azərbaycanda media sahəsində aparılan islahatlar və “Media haqqında” Qanun barədə ətraflı məlumatın təqdim edilməsinə görə təşəkkürünü bildirib, islahatlarla bağlı fikirlərini bölüşüb. Görüşdə bəhs olunan məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.