fbpx

Cari ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı artıb

BEY.AZ informasiya agentliyi xəbər verir


2022-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 45,3 faiz artaraq 435,3 min olub.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, gecələmələrin 48,5 faizi Bakıda, 10,8 faizi Qusarda, 8,0 faizi Qubada, 7,6 faizi Qəbələdə, 6,1 faizi Şabranda, 3,4 faizi Naftalanda, 3,1 faizi Lənkəranda, 2,3 faizi Naxçıvan Muxtar Respublikasında, 1,2 faizi Şamaxıda, 1,1 faizi Mingəçevirdə və 7,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 263,3 min olmuşdur ki, bu da ümumi gecələmələrin 60,5 faizini təşkil edir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə artaraq 172,0 min olmuşdur ki, bu da ümumi gecələmələrin 39,5 faizini təşkil edir. Gecələmələrin 14,2 faizi Rusiya Federasiyası, 12,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 10,3 faizi Türkiyə, 8,7 faizi Səudiyyə Ərəbistanı, 5,4 faizi Küveyt, 4,0 faizi Böyük Britaniya, 3,1 faizi ABŞ, 2,6 faizi İsrail, 2,1 faiz Pakistan, 2,0 faizi Qazaxıstan, 1,7 faizi Almaniya, 1,6 faizi Qətər, 1,5 faizi İtaliya, 1,3 faizi İran, 1,3 faizi Gürcüstan, 1,3 faizi Hindistan, 1,2 faizi Ukrayna, 0,8 faizi Niderland, 0,7 faizi Fransa, 23,4 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 70,8 faizi Bakıda, 12,4 faizi Qusarda, 5,8 faizi Qəbələdə, 3,5 faizi Naftalanda, 2,9 faizi Qubada, 1,5 faizi Şabranda,1,0 faizi Naxçıvan Muxtar Respublikasında, 2,1 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

2022-ci ilin yanvar-mart aylarında mehmanxanaların gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,8 faiz artaraq 59,7 milyon manat olmuşdur ki, onun da 54,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 30,8 faizi ictimai iaşə xidmətlərindən, 3,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 10,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2022-ci ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 10,9 faiz səviyyəsində olmuşdur (2021-ci ilin yanvar-mart aylarında 7,8 faiz). Bu göstərici Şabranda 85,5 faiz, Qubada 29,6 faiz, Beyləqanda 28,0 faiz, Qusarda 27,2 faiz, Naftalanda 26,4 faiz, Ağcabədidə 20,5 faiz, Göyçayda 17,7 faiz, Sabirabadda 17,7 faiz, Qəbələdə 15,3 faiz, Bakıda 14,0 faiz, Lənkəranda 13,9 faiz, Bərdədə 11,9 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub. r.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin