fbpx

“Bakı Kristal Zalı”nın xalis mənfəəti 4 dəfə artıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Kristal Zalı” MMC 2021-ci ili 29 min manat xalis mənfəətlə başa vurub.

Metbuat.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 4 dəfə çoxdur.

Ötən il “Bakı Kristal Zalı”nın gəlirləri 3,035 milyon manat (əvvəlki ilə nisbətən 1,7% çox), xərcləri 2,999 milyon manat (0,8% çox), mənfəət vergisi ödəmələri isə 7 min manat (3,5 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Kristal Zalı”nın aktivləri 191,811 milyon manat olub ki, bu da illik müqayisədə 0,1% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,3 dəfə artaraq 244 min manata çatıb, balans kapitalı (həm də nizamnamə kapitalı) isə dəyişməyərək 191,567 milyon manat qalıb.

Xatırladaq ki, “Bakı Kristal Zalı” 2012-ci ildə yaradılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin