“Media reyestri media mühitinə ciddi töhfələr verəcək”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Azərbaycan media mühitində haqsız rəqabət var. Bu haqsız rəqabətdə peşəkar jurnalistlərin fəaliyyəti görünmür”.
Metbuat.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli “Azərsu” ASC və Medianın İnkişafı Agentliyinin media nümayəndələri üçün “İçməli və tullantı su təsərrüfatının inkişafı və qarşıda duran vəzifələr” mövzusunda birgə təşkil etdiyi təlimdə deyib:
“Bilirsiniz ki, fevralın 8-də “Media haqqında” qanun təsdiq olunub və bu qanun Azərbaycanda yeni informasiya mühitini yaradılmasına hüquqi təminat verir. Bu təlimlər də məhz yeni media mühitində yüksək ixtisaslı jurnalistlərimizin hazırlanması və formalaşması üçündür. Bu mühitin əsas hüquqi komponentini media haqqında qanun təşkil edir, peşəkarlıq məsələsi isə jurnalistlərin özlərindən asılıdır”.
Media reyestrinin yaradılmasının media mühitinə sağlam təsirindən danışan Natiq Məmmədli qeyd edib ki, Azərbaycanda yaradılan yeni media mühitində haqsız rəqabətə son qoyacaq:
“Bu il bildiyimiz kimi, “Media haqqında” qanunundan irəli gələrək media reyestri yaradılacaq. Artıq bununla bağlı kifayət qədər maarifləndirmə işləri aparılıb. Bir daha xatırlatmaq istəyirik ki, media reyestri Azərbaycan media subyektlərinin və jurnalistlərin qeydiyyata alınması prosesidir. Bu vaxtadək bunu müxtəlif dövlət orqanları həyata keçirirdi. Bundan sonra isə bu iş MEDİA tərəfindən həyata keçiriləcək. Media reyestri media mühitinin sağlamlaşdırılması sahəsində ciddi töhfələr verəcək.
Təəssüflər olsun ki, Azərbaycan mediasının daha çox qeyri-peşəkar hissəsi mövcuddur ki, həm paytaxtımızda, həm rayonlarda jurnalist peşəsini nüfuzdan salırlar. Lakin media reyestri hər bir media subyekti üçün standartlar müəyyənləşdirir.
Azərbaycanda jurnalist peşəsinin nüfuzu qalxmalıdır. Onun sözünə, yazdığı fikrə etimad olmalıdır. Azərbaycan media mühitində haqsız rəqabət var. Bu haqsız rəqabətdə peşəkar jurnalistlərin fəaliyyəti görünmür. Media haqqından qanun və media reyestrinin formlalaşması ilə Azərbaycanda əsası qoyulan yeni media mühitinin məqsədi jurnalistin nüfuzunu qaldırmaqdan ibarətdir”, – deyə o qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.