fbpx

Türkiyə Rusiyadan ikinci S-400 alayını alacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin (SAM) ikinci alayının alınması imkanını nəzərdən keçirir.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə sənayesi departamentinin rəhbəri İsmayıl Dəmir bildirib.

“Rusiya ilə müqavilə imzalandığı andan planlaşdırılan ikinci S-400 alayının alınması ilə bağlı danışıqlar davam edir”, – müdafiə rəsmisi deyib.

Qeyd edək ki, 2020-ci ilin avqustunda Rusiya və Türkiyə arasında S-400 “Triumf” zenit raket sistemlərinin ikinci komplektinin (alayının) tədarükünə dair müqavilə imzalanıb.

Rusiya və Türkiyə 2017-ci ildə S-400 hava hücumundan müdafiə sisteminin dörd divizionunun tədarükü üçün 2,5 milyard ABŞ dolları məbləğində müqavilə imzalayıb, Türkiyə tərəfinə tədarüklər 2019-cu ilin yay və payız aylarında həyata keçirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin