fbpx

Bakıda faciəvi qəza: İmsak üçün maşından düşən iki nəfər həlak oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, ötən gün Bakının Qaradağ rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəzadan bir neçə dəqiqə öncə Bakı şəhər sakinləri 1984-cü il təvəllüdlü Qurbanov Emil Məhəmməd oğlu və 1967-ci il təvəllüdlü Cəfərov Səyavuş Əyyub oğlu maşını imsak etmək üçün saxlayıblar. Bu zaman Əsədzadə İbrahim Qaraş oğlu nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi “Chevrolet” markalı, 99-PC-811 dövlət qeydiyyat nişanlı maşınla paytaxt istiqamətində hərəkətdə olarkən, yol kənarında saxladıqları avtomobildən düşüb piyada qismində dayanan şəxsləri vurub, eyni anda Cəfərov Səyavuşa məxsus “Mercedes” markalı, 90-CR-455 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çırpılıb.

Fotoda Emil Qurbanov

Məlumata görə, qəzanı törədən İbrahim Əsədzadə həbsdən yeni çıxıbmış.

Qəza nəticəsində hadisə yerində ölən S.Cəfərov və E.Qurbanov iş yoldaşı olublar. Əslən Ordubadın Aza kəndindən olan E.Qurbanovun üç övladı var.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin