Azərbaycanlı tələbə ABŞ universitetində 122 min dollar təqaüd qazanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Xaqan Kərimov ABŞ-nin iki universitetindən tam təqaüdlə doktorantura pilləsinə qəbul alıb.
BANM-dan Metbuat.az-a verilən məlumata görə, o, Yuta Universitetini (University of Utah) seçərək 122 320 ABŞ dolları məbləğində illik təqaüd qazanıb.
Xaqan bu univesitetdə Kompüter elmləri ixtisasının kibertəhlükəsizlik istiqaməti üzrə təhsil alacaq.
Qeyd edək ki, 2017-ci ildə 695 bala BANM-a qəbul olub. Prezident təqaüdçüsü idi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.