Xəbərlər

Azərbaycanlı tələbə ABŞ universitetindən 122 min dollar təqaüd qazanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Xaqan Kərimov ABŞ-nin iki universitetindən tam təqaüdlə doktorantura pilləsinə qəbul alıb.

BANM-dan bey.az-a verilən məlumata görə, o, Yuta Universitetini (University of Utah) seçərək 122 320 ABŞ dolları məbləğində illik təqaüd qazanıb.

Xaqan bu univesitetdə Kompüter elmləri ixtisasının kibertəhlükəsizlik istiqaməti üzrə təhsil alacaq.

Qeyd edək ki, o, 2017-ci ildə 695 bala BANM-a qəbul olub. Prezident təqaüdçüsü idi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

Başa dön tuşu