“Ermənistan təcrid olunmuş ada kimi yaşamağa davam edə bilməz”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Hazırda Azərbaycanın əsas diqqəti Qarabağı necə bərpa etmək və ora keçmiş məcburi köçkünləri tez bir zamanda qaytarmaqdır”.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə söyləyib.
“Eyni zamanda, açıq şəkildə elan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən sülh gündəliyimiz və təşəbbüslərimiz təkcə Azərbaycan və Ermənistan arasında deyil, həm də Cənubi Qafqazda regional inkişafa və regional inkişaf üçün yeni imkanlara yönəlib. Otuz ildir Ermənistanın separatizmi və təcavüzü ucbatından biz bu fürsəti itirmişik, Cənubi Qafqaz inteqrasiya olunmayıb”, – dövlət başçısı bildirib.
Prezident Azərbaycanla Gürcüstan arasında çox sıx əməkdaşlığın olduğunu vurğulayaraq deyib ki, bu, artıq ikitərəfli və beynəlxalq səviyyədə vacibdir: “Lakin Ermənistanda da belə bir anlayış olmalıdır ki, onlar təcrid olunmuş ada kimi yaşamağa davam edə bilməzlər. Onlar bizimlə münasibətləri normallaşdırmalı, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.