fbpx

Yunanıstan qırıcıları Türkiyə ərazisinə daxil oldu: Ankara sərt cavab verdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyənin hava məkanını pozan Yunanıstana qarşı yerindəcə döyüş qaydalarına uyğun cavab verilib.

Metbuat.az xəbər verir ki, Yunanıstanın Egey dənizində Türkiyəyə qarşı təxribat xarakterli hərəkətlərini davam etdirdiyi deyilib.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç baş verənlərlə bağlı bunları deyib:

“Yunanıstan Hərbi Hava Qüvvələri 26-28 aprel tarixlərində ölkəmizin sahillərinə yaxın təxribat xarakterli uçuşlar həyata keçirib, Didim, Datça və Dalamanda ölkəmizin hava məkanını dəfələrlə pozub. Hərbi Hava Qüvvələrimiz döyüş qaydalarına uyğun olaraq bu təxribatçı uçuşlara və pozuntulara cavab verib”.

Bilgiç onu da bildirib ki, Yunanıstan Xarici İşlər Nazirliyinin aprelin 27-də Egey dənizində iki ölkənin hava qüvvələri arasında baş verən insidentlərlə bağlı açıqlamaları həqiqəti əks etdirmir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin