fbpx

Qurban Qurbanov: “Neçə ildir finalda oynamırdıq”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Futbolçularımı təbrik edirəm. Neçə ildir finalda oynamırdılar”.

Metbuat.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ”yə 5:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bu turnirə fərqli yanaşdığını bildirib: “Bu, fərqli prestij deməkdir. Bu gün finala çıxmağa göstərdikləri oyunla və yanaşmaları ilə layiq idilər. İnanıram ki, finala da istəkli hazırlanacaqlar. Bu gün maraqlı azarkeş dəstəyi var idi. Bütün yaş qruplarından fanatlar görmək olardı.

Qurbanov finalın harada keçirilməsi kimi məsələlərə heç vaxt müdaxilə etmək istəmədiyini vurğulayıb: “Bölgədə də, Bakıda da oynamışıq. Harada desələr, orada da oynayacağıq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin