ÜST-dən naməlum hepatit virusuyla bağlı AÇIQLAMA
BEY.AZ informasiya agentliyi xəbər verir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İngiltərədə aşkarlanaraq 16 ölkəyə yayılan mənşəyi məlum olmayan hepatit virusa münasibət bildirib.
Metbuat.az xəbər verir ki, ÜST-ün məlumatına görə, qusma, ishal və qarın ağrısı, mədə və bağırsaq simptomları olan bu virusa yoluxan hər bir uşağın sadə gigiyena qaydalarına riayət etməsi və mütəmadi olaraq əllərini yuması çox vacibdir. Həmçinin qeyd edilib ki, vəziyyət ağırlaşdığı təqdirdə həkimə müraciət mütləqdir.
Qeyd edək ki, indiyə qədər 16 ölkədə 1 aydan 16 yaşa qədər 170 uşaqda hepatit virusu aşkarlanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.