fbpx

“Siz həqiqətin tərəfdarısınız, yoxsa yox?”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəni ikili standartlarda ittiham edib.

Metbuat.az Euronews-a istinadən xəbər verir ki, Zelenski bu barədə Yunanıstanın ERT kanalına verdiyi müsahibədə jurnalistin “Türkiyə Rusiya-Ukrayna müharibəsində dinc rol oynasa da, ordusu ilə Yunanıstana meydan oxuyur, bu, ziddiyyət təşkil etmirmi?” sualına cavabında deyib.

“Bizi həm Yunanıstan, həm də Türkiyə dəstəkləyir. İstərdik ki, bütün yunan xalqı bizi dəstəkləsin. Digər tərəfdən, Yunanıstan iqtisadiyyatının əsas gəlirinin turizmdən gəldiyini bilirik. Rus turistlər də Yunanıstan iqtisadiyyatına əhəmiyyətli töhfə verirlər. Aldığımız dəstəyə görə minnətdaram. İstərdik ki, bütün yunan xalqı bizi dəstəkləsin. Digər tərəfdən, Yunanıstan iqtisadiyyatının əhəmiyyətli bir gəlirinin turizmdən gəldiyini bilirik. Rus turistlər də Yunanıstan iqtisadiyyatına əhəmiyyətli töhfə verdilər. Amma həm Yunanıstana, həm də Türkiyəyə vermək istədiyimiz suallarımız var.

Rüya tabirlerini burdan oku

Bir tərəfdən, Türkiyə vasitəçi rolunda çıxış edərək Ukraynanı mühüm addımlarla dəstəkləyir, digər tərəfdən isə rus turistləri üçün hazırlıq görür. Bununla belə məşğul ola bilməzsiniz, bu ikili standartdır. Bu, ədalətli deyil. Seçim etmək lazımdır: siz həqiqətin tərəfdarısınız, yoxsa yox?”

Türkiyə hələ də Zelenskinin tənqidi ilə bağlı rəsmi açıqlama verməsə də, MHP sədri Dövlət Baxçalı Zelenskinin Yunanıstana deyil, türk millətinə güvənməsini məsləhət görüb:

“Qərbin təxribatları və bəzi ölkələrin müharibənin davam etməsi səyləri ilə danışmaq doğru deyil. Bu gün Türkiyə Rusiya-Ukrayna müharibəsini sülh yolu ilə həllinə çalışan yeganə ölkədir. Zelenski Yunanıstana yox, türk millətinə güvənsəydi, daha yaxşı olardı”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu