fbpx

50 avtomobil Vətən müharibəsi əlillərinə təqdim edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışı tədbirində Vətən müharibəsi əlilləri üçün nəzərdə tutulan “Xəzər” markalı 50 avtomobil müharibə əlillərinə artıq təqdim olunub.

Bu barədə Metbuat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avtomobillərin təqdim edilməsi zamanı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərimizdən bəhs olunub.

Dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş sosial dəstək proqramının icra olunduğu bildirilib. O cümlədən, postmüharibə dövründə 3500, ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlilinin mənzillə təmin olunduğu diqqətə çatdırılıb.

Vətən müharibəsinin 200 hərbçisinin, ümumilikdə 300 müharibə əlilinin son nəsil protezlərlə, 1400 müharibə əlilinin 17 min reabilitasiya vasitəsi ilə təmin olunduqları qeyd olunub. Həmçinin 5 min ailəyə sosial-psixoloji, 1500 şəxsə reabilitasiya xidmətləri göstərildiyi, 11 min şəxsin aktiv məşğulluq proqramlarına cəlb edildiyi bildirilib.

Vətən müharibəsi əlillərinin avtomobillə təminatı işlərinin davamı kimi, onlardan daha 50 nəfəri avtomobillə təmin edilib. Ümumilikdə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlillərinə 7400 minik avtomobili verilib.

Müharibə əlilləri onların sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan işlərdən razılıqlarını bildirib və yüksək qayğı ilə əhatə olunduqlarına, yeni avtomobillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin